DÇ: Daha iki cüdoçumuz mükafatsız qaldı
Cüdoçumuz Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Avstriyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.
Bu gün tatami üzərinə çıxan digər Azərbaycan təmsilçisi Elcan Hacıyev (81 kq) ilk görüşündəcə uduzaraq, mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.