De Byazi millimizdən ayrıla bilər

Millimizin baş məşqçisi Canni De Byazi Yunanıstan yığmasına rəhbərlik edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Live Sport" nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, italiyalı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq o, Azərbaycanı tərk etməyə hazırdır.

Bu səbəbdən də 65 yaşlı çalışdırıcı Yunanıstan Futbol Federasiyasına təklif olunub. 

De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin De Byazinin Yunanıstan Futbol Federasiyasında ən çox bəyənilən şəxs olduğu bildirilib.

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb. O, 2020-ci ildən yığmamızı çalışdırır.