De Byazinin müqaviləsi daha iki il uzadıla bilər
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə imzalanmış müqaviləyə yeni bənd əlavə olunub.
Sportline.az xəbər verir ki, belə bir iddia ilə italiyalı jurnalist Canluka Di Martsio çıxış edib.
Onun sözlərinə görə, yığma UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssisin sözləşməsi daha 2 il uzadıla bilər.
Qeyd edək ki, AFFA bu gün Canni De Byazi ilə müqaviləni yeniləyib. İtaliyalı baş məşqçiyə 2022-ci ilin oktyabrınadək vaxt verilib.