De Yonq "Barselona"da qalmaq istəyir

"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pol Ballus öz şəxsi "X" hesabında paylaşım edib.

De Yonq "Barselona" ilə yeni müqavilə imzalamaq istəyir. Onun hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 27 yaşlı futbolçu Kataloniya klubunda illik 19 milyon avro maaş alır.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.