Dele Alli "Beşiktaş"dan gedir

"Beşiktaş"ın böyük ümidlərlə "Everton"dan icarəyə götürdüyü ulduz futbolçu Dele Alli yaxşı oyun sərgiləyə bilmir.

Sportline.az xəbər verir ki, artıq klub rəhbərliyi bu səbəbdən 26 yaşlı yarımmüdafiəçi ilə ayrılmaq niyyətindədir.

Allinin qış transfer pəncərəsində yenidən "Everton"a qayıdacağı gözlənilir.