Dele Alli futbola qayıdır
"Tottenhem"in sabiq futbolçusu Dele Alli futbola qayıdır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İtaliyanın "Komo" klubu Dele Allini transfer edib.
Tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Delle Alli hazır da azad agent statusundadır.
28 yaşlı futbolçu karyerası ərzində "Milton", "Tottenhem", "Everton" və "Beşiktaş" kimi klubların şərəfini qoruyub.