Derbini "Roma" qazandı, mərhələni "Latsio" keçdi

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Roma" "Latsio"nu qəbul edib. SportLine.az xəbər verir ki, qarşılaşma "canavarlar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Ancaq bu qələbə finala adlamağa kifayət etməyib. İlk görüşdə iki cavabsız qolla qalib gələn "Latsio" həlledici oyuna vəsiqə qazanıb.