Devinson Sançes karyerasını İtaliyada davam etdirə bilər

“Qalatasaray”ın kolumbiyalı futbolçusu Devinson Sançesin klubdan ayrılacağı gözlənilir.

Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi təcrübəli futbolçu üçün 35 milyon avro tələb edir. “Latsio” və “Napoli” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Hər iki klubun rəhbər şəxsləri “Qalatasaray” – “Tottenhem” matçını izləmək üçün İstanbula gəldiyi qeyd olunur.

Qeyd edək ki, “Qalatasaray” – “Tottenhem” matçı noyabrın 7-si saat 21:45-də başlayacaq.