Deyan Huysen: "Kumirim Serxio Ramosdur"
"Bormunt"un ispaniyalı müdafiəçisi Deyan Huysen jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Huysen müsahibəsində Serxio Ramos haqqında danışıb.
"Mənim kumirim Serxio Ramosdur. O tarixin ən yaxşı müdafiəçisidir. Ramos böyük əfsanədir. Özümü hər zaman ona oxşatmağa çalışıram", - deyə Huysen bildirib.
Qeyd edək ki, "Real Madrid" Deyan Huysenlə yaxından maraqlanır.