Diakabi sıraya dönür
"Qarabağ"ın zədəli futbolçusu Adama Diakabi növbəti turda komandanın sıralarına dönəcək.
Sportline.az xəbər verir ki, onun "Səbail"lə oyunda komandaya kömək edəcəyi bildirilir.
Klubun mətbuat katibi Gündüz Abbaszadənin sözlərinə görə, "Qarabağ"ın digər zədəli legioneri Benzia isə hələ məşqlərdə iştirak etmir.
O, böyük ehtimalla, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra komandanın sıralarına qayıdacaq.