"Barselona", "Mançester Yunayted" və "Çelsi"

"Yuventus"un gənc ulduzu - Paulo Dibala Avropa nəhənglərinin diqqət mərkəzindədir.

SportLine.az xəbər verir ki, növbəti mövsüm futbolçu karyerasını başqa klubda davam etdirə bilər. "Tuttosport"un məlumatına görə, "Barselona", "Mançester Yunayted" və "Çelsi" futbolçunun xidmətində maraqlıdır. "Qoca sinyora"nın P.Dibalanı 100 milyon avrodan baha məbləğə satmağa hazır olduğu da bilirilir.

Hücumçu isə ötən gün "Barselona" ilə görüşdən sonra verdiyi açıqlamada Turində xoşbəxt olduğunu, növbəti il də "Yuventus"da qalmaq istədiyini dilə gətirib.

Qeyd edək ki, P.Dibala 2015-ci ildə "Palermo"dan "Yuventus"a transfer edilib.