Dieqo Forlan komandadan getdi

Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan "Atenas" komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Sportline.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin köməkçiləri də vəzifələrindən azad olunublar. 

Qeyd edək ki, "Atenas" Uruqvayın 2-ci liqasında çıxış edir. Hazırda komanda 12 oyundan 17 xalla 6-cı yeri tutur.

Xatırladaq ki, Forlan 2021-ci ilda "Atenas"ın baş məşqçisi təyin edilmişdi.