"Dinamo" tarixində 5-ci dəfə çempionata üç qələbə ilə start verib

"Dinamo" Moskva Rusiya Liqasının 3-cü həftəsində səfərdə "Akron"la qarşılaşıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt klubu tarixində 5-ci dəfə çempionata maksimal nəticə ilə başlayıb.

Belə hal daha əvvəl 1995, 1999, 2003 və 2021/2022 mövsümündə yaşanmışdı.

Qeyd edək ki, "Dinamo" bu qələbə ilə "Zenit"i üstələyərək liderliyə yüksəlib. Aktivində 6 xalı olan Sankt-Peterburq klubu bu dəqiqələrdə Rostovla qarşılaşır.