"Dinamo" Zaqreb yoluna itkisiz davam edir

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Dinamo" Zaqreb Xorvatiya Liqasının 4-cü turunda "Qorica" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görəş paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Dinamo" adına qələbə qollarını Kulenoviç (6,57)vurub.

4 turdan sonra maksimal nəticə göstərən Serqey Yakiroviçin komandası 12 xalla zirvədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-pff mərhələsində 0-3 hesabı ilə məğlub olduğu görüşün revanşında "Dinamo" ilə Bakıda qarşılaşacaq. Matç avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.