"Dinamo"nun sabiq oyunçusu karyerasını Rumıniyada davam etdirəcək

Moskva "Dinamo"sunun keçmiş hücumçusu Klinton Enji "Rapid" (Buxarest) klubuna transfer olunub.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Son olaraq "Sivasspor"da çıxış edən 31 yaşlı futbolçunun yayda müqaviləsi başa çatmışdı.

Enji 2019-2022-ci illərdə "Dinamo"da çıxış edib.O, paytaxt klubu ilə 66 oyunda 6 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, kamerunlu oyunçu daha əvvəl "Marsel", "Lion" və "Tottenhem"də də çıxş edib.