Dino Ndlovu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun "Boluspor"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyənin 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Cənubu afrikalı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu  Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.