Donnarumma PSJ-nin "Reyms"lə oyun üçün heyətinə daxil edilməyib

PSJ-nin mətbuat xidməti komandanın Liqa 1-in 5-ci turunda "Reyms"lə oyun üçün iştirak ərizəsini təqdim edib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 20 futbolçunun yer aldığı siyahıya komandanın əsas qapıçısı Cianluci Donnarumma daxil edilməyib.

Buna səbəb ulduz futbolçunun ötən tur "Brest"lə görüşdə zədələnməsidir.

Fransa mətbuatında yayılan xəbərlərə görə bu günki görüşdə parislilərin qapısını Matvey Safonov qoruyacaq. O həftə içi Çempionlar Liqasında "Jirona"ya qarşı matçda da start heyətdə yer almışdı.

Qeyd edək ki, PSJ- "Reyms" oyunu bu gün saat 23:00-da başlayacaq.