Donnarummanın həyatında əlamətdar hadisə

PSJ-nin qolkiperi Canluici Donnarummanın həyatında əlamətdar hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, italiyalı futbolçu ata olub.

Bu haqda Fransanın nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.

25 yaşlı qapıçı bu səbəbdən komandanın səhər məşqini buraxıb.

Qeyd edək ki, PSJ sabah doğma arenada "Brest"lə qarşılaşacaq.

Bu mövsüm 3 oyuna çıxan Donnarumma qapısından 2 top buraxıb.