"Dortmund" "Atalanta"nı qonaq edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, "Borussiya Dortmund" "Siqnal İduna Park"da "Atalanta" ilə qarşılaşacaq.

Almaniya klubunda yeganə itki Emre Canın adı ilə bağlıdır.

Berqamo təmsilçisində isə Ciakomo Raspadori və Şarl De Ketelare meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Borussiya Dortmund" - "Atalanta" oyunu bu gecə saat 12-də başlanacaq. Qarşılaşmanın ədalət təmsilçisi niderlandlı hakim Serdar Gözübüyük olacaq.