"Dortmund"la oyun öncəsi "İnter"də ciddi itki

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Borussiya Dortmund" "Siqnal İduna Park"da "İnter"lə qarşılaşacaq.

"Nerazzuri"nin heyətində əsas itki Hakan Çalhanoğlu və Denzel Dumfirisin adı ilə bağlıdır.

Almaniya klubunda Niklas Süle, Marsel Sabitzer zədə, Daniel Svenson cəza səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Borussiya Dortmund" - "İnter" görüşü bu gecə saat 12-də başlanacaq. Oyunun ədalət təmsilçisi ruminiyalı hakim İstvan Kovaç olacaq.