Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 55 kq-da çıxış edən idmançı ilk görüşündə ermənistanlı Vahe Aqasyanı, ardınca Birləşmiş Ərəb Əmirliklərindən olan Ail Mehdini məğlub edib. Finala gedən yolda isə o, gürcüstanlı Saba Sabaşvilini mübarizədən kənarlaşdırıb.

Oruczadə həlledici qarşılaşmada Fransa təmsilçisi Zakariya Diyolla üz-üzə gələcək.

50 kq-da yer alan Məhəmməd Məmişov isə yarımfinaladək irəliləsə də, bu raundda macarıstanlı Sebastyen Kollarla bacarmayıb. O, bürünc medal görüşündə özbəkistanlı Anvarjon İbrohimovu sınağa çəkəcək.