Dünya çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 55 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada fransalı Zakariya Diyolla üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə mğlub olan Oruczadə gümüş medalla kifayətlənib.

50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.