Dünya çempionatı: Cüdo fiaskosu davam edir

Bu gün Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizə aparıb.

Sportline.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda ukraynalı Boqdan İadova uduzub. 

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarro (İspaniya) ilə bacarmayıb.  

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib. 

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) da medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.