Dünya çempionatı: İdmançımız məğlub oldu

Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növündə çıxış edən Quliyev 1/16 final mərhələsində macarıstanlı Mate Tamaşa 6:14 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatına iyulun 23-də yekun vurulacaq.