Dünya çempionatı: Millimizin rəqibi müəyyənləşəcək

İyunun 29-da qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olacaq.

Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda püşkatmadan öncə 2 səbətə bölünüb. Bu raundda 9 cütlük pley-offa yüksəlmək üçün 2 oyundan ibarət görüşlər keçirəcək.

Azərbaycan millisi 2-ci səbətdə yer alıb.

1-ci səbət: Avstriya, Slovakiya, İslandiya, Türkiyə, Ukrayna, Farer adaları, Portuqaliya, Yunanıstan, İtaliya

2-ci səbət: Azərbaycan, Kosovo, İsrail, Finlandiya, Lüksemburq, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük britaniya, Latviya

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları 2-3 və 5-6 noyabrda keçiriləcək.