Dünya çempionatında 1/4 finalçılar müəyyənləşdi

Misirdə kişi həndbolçuların dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, artıq yarışın 1/4 finalçıları məlumdur.

Bu mərhələnin son vəsiqəsinə Argentina üzərində qələbə çalan Qətər millisi yiyələnərək, İsveçə rəqib olub. 1/4 finalda həmçinin, İspaniya - Norveç, Danimarka - Misir və Fransa - Macarıstan görüşləri də keçiriləcək. Oyunlar yanvarın 27-də olacaq. 

Yarışın proqramına əsasən, yanvarın 29-da yarımfinal, 31-də isə 3-cü yer uğrunda və final görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, həndbol üzrə dünya çempionatı iki ildə bir təşkil olunur.

Yarışın son qalibi Danimarka seçməsidir.