Dünya çempionatından daha bir medal
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
SportLine.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, beşinci yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
74 kq çəki dərəcəsində mübarizə aparan Nəsir Həsənov Polşa və Kanadadan olan rəqiblərini üstələyib. Ancaq ABŞ təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu zaman Almaniya idmançısına qalib gələn Nəsir Həsənov bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi İsveç idmançısı olub. Rəqibə heç bir şans verməyən Nəsir çempionatın bürünc medalını qazanıb.