Dünya çempionatının finalçıları müəyyənləşdi

Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatının finalçıları məlum olub.

Sportline.az xəbər verir ki, həlledici görüşdə Danimarka və İsveç komandaları qarşılaşacaq.

Oyun yanvarın 31-də keçiriləcək.

Qeyd edək ki, yarımfinalda Danimarka İspaniyaya 35:33, İsveç isə Fransaya 32:26 hesabı ilə qalib gəlib.