Dünya çempionu “Fənərbağça”da
“Fənərbağça” klubu heyətini məşhur dünya ulduzu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi N’Qolo Kantenin transferini rəsmən açıqlayıb.
Son olaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən Fransa millisinin 34 yaşlı futbolçusu ilə “Fənərbağça” arasında 2,5 illik müqavilə imzalanıb.
Bildirilib ki, N’Qolo Kante bu gün İstanbula gələrək rəsmi sənədlərə imza atacaq.