Dünya çempionumuz vacib qərar verib

Yunan-Roma güləşi üzrə dünya çempionu Eldəniz Əzizli 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda 55 kiloqram çəki dərəcəsində ikinci dəfə dünya çempionu olan 30 yaşlı idmançı çəkisini dəyişmək niyyətindədir.

“Dünya çempionatından əvvəl yalnız qələbə haqqında düşünürdüm. Məqsədimə çatdım, çempion oldum və indi Olimpiya Oyunları haqqında düşünmək vaxtıdır. Olimpiadaya görə çəkimi qaldırıb 60 kiloqramda mübarizə aparmaq niyyətindəyəm. Parisdə çıxış etmək istəyirəm”, - deyə Əzizli "CBC Sport" kanalının “Bizim idman” verilişində bildirib.