Dünya çempionumuz zirvəni qoruyur

Ümumdünya Güləş Birliyi yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, olimpiadaya bir ay qalmış sərbəst güləşçimiz siyahıya başçılıq edir. Söhbət Hacı Əliyevdən gedir. Dünya çempionumuz 61 kq-dək çəki dərəcəsində liderliyini qoruyur. Onunla yanaşı siyahıda daha 6 sərbəst güləşçimizin adı var. Aleksandr Qostiyev 86 kq çəkidə 5, Hetaq Qazyumov 97 kq-da 6-cı yerdədir. 65 kq çəkidəki güləşçimiz Toğrul Əsgərovla, 70 kq-da yarışan Hacımurad Omarov 7-ci pillədədir. Cəbrayıl Həsənov 74, Camaləddin Maqomedov 125 kq-dək çəki dərəcəsində 8-ci yerdə qərarlaşıb.