Dünya klublarının yeni reytinqi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, avqust ayının nəticələrinə əsasən tərtib olunan cədvələ Madrid "Real"ı başçılıq edir.

İkinci pillədə İngiltərənin "Mançester Siti" komandası qərarlaşıb.

İlk üçlüyü isə Almaniyanın "Bayer" (Leverkuzen) kollektivi qapayır.

Qeyd edək ki, ilk onluqda həmçinin, "Atalanta", "Barselona", "Atletiko", "Borussiya" (Dortmund), "Bavariya", "İnter" və "Arsenal" klubları yer alır.