Dünya kubokuna yollanacaq heyət müəyyənləşdi

Rusiyanın Sankt-Petarburq şəhərində şahmatın rapid və blits növləri üzrə keçiriləcək dünya çempionatına qatılacaq heyət müəyyənləşib. 

Sportline.az xəbər verir ki, kişi şahmatçılardan Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun yarışda çıxış edəcəyi artıq dəqiqləşib.

Qadınların yarışında isə Azərbaycanı Zeynəb və Türkan Məmmədyarova ilə yanaşı, Günay Məmmədzadə də təmsil edəcək. 

Qeyd edək ki, 25 - 31 dekabrda keçiriləcək dünya çempionatının mükafat fondu 1 milyon dollardır.