Edin Ceko: “Biz futbol oynayırıq, baletlə məşğul olmuruq”
“Fənərbağça”nın ulduz futbolçusu Edin Ceko “Trabzonspor” matçı barədə danışıb.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu hakimlərin matçı düzgün idarə etmədiyini dilə gətirib.
“Haradan başlayım bilmirəm. Ötən mövsümdə hakimlər bizə qarşı haqsız qərarlar verirdi. Biz bu mövsümdə eyni senarini yaşıyırıq. Biz təkcə rəqib komandalar qarşı deyil, hakimə qarşıda mübarizə aparırıq. VAR tərəfindən verilən qərarlar bərabər olmalıdır. VAR bizim epizodlarda deyəsən, 2-3 tualet fasiləsi verdi. Bizim xeyrimizə penalti var idi, rəqibə qırmızı vərəqə verilməli idi. Həmin an yəqin ki, tualetdə idilər. Belə matç idarə olunmaz. Hər zaman hakim səhvləri bizə qarşı olur. Ən kiçik təməsda yuxarıdan penalti qərarı gəlir. Biz futbol oynayırıq, baletlə məşğul olmuruq”, - deyə E.Ceko bildirib.
Qeyd edək ki, “Fənərbağça” səfərdə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edib.