Əfsanə yenidən millidə

"Mən yaşa baxmıram".

Sportline.az goal.com-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Roberto Martines deyib.

Təcrübəli müətəxəssis Kriştianu Ronaldunun yenidən milliyə dəvət olunmasına münasibət bildirərkən yaşın əhəmiyyət daşımadığını vurğulayıb.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasında forma geyinən 38 yaşlı Ronaldu ötən gün milli komandaya dəvət alıb.