Əfsanəvi idmançılara abidə ucaldılacaq

Əfsanəvi idmançılar - boksçu Məhəmməd Əli və basketbolçu Kobi Brayantın abidəsi ucaldılacaq.

Sportline.az xəbər verir ki, bunu ABŞ-nin prezidenti Donald Tramp deyib.

Heykəllər yeni "Amerikalı qəhrəmanların milli parkı"nda olacaq.

İdman ulduzları ilə yanaşı bu şərəfə vətəndaş hüquqları uğrunda mübarizə aparan liderlər də layiq görüləcək.

Qeyd edək ki, yeni layihə ABŞ-nin tarixində iz qoymuş şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək ideyası daşıyır.