Əfsanəvi qapıçı klubdan qovula bilər
"Bavariya"nın baş direktoru Oliver Kan klubdan qovula bilər.
Sportline.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin jurnalisti Kristian Falk yazıb. Komandanın sabiq qapıçısının gələcəyi rəhbərlikdə müzakirə olunur. Seçimlərdən biri Kanın vəzifəsindən tez getməsi ola bilər. 53 yaşlı funksioner 2021-ci ilin iyulundan vəzifədədir. Kan 2020-ci ildə "Bavariya"ya qayıdıb, əvvəlcə klubun idarə heyətinə daxil olub.
Xatırladaq ki, mart ayında Münhen klubu baş məşqçi Yulin Naqelsmanı istefaya göndərərək onun yerinə Tomas Tuxeli təyin etmişdi. Bundan sonra "Bavariya" Almaniya Kuboku və Çempionlar Liqasında mübarizəni dayandırıb.
Bundesliqada isə, münhenlilər "Borussiya Dortmund"u iki xal qabaqlayaraq birinci yerdədirlər.