EHF kubokunda yarışacaq komandalarımızın oyunlarının vaxtı və məkanı məlumdur
Kişi və qadınlardan ibarət həndbol komandalarımız məşqlərə başlayıblar.
Sportline.az xəbər verir ki, Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.
Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.
Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq.
“Kür” isə, İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 avqust tarixlərində Mingəçevir “Kür ” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.
Qeyd edək ki, kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları 21-22-də keçiriləcək.