"Əl-Nəsr"in Mourinyo sevdası

"Əl-Nəsr" "Roma"nın baş məşqçisi Joze Mourinyoya təklif göndərib.

Sportline.az AS-a istinadən xəbər verir ki, baş məşqçi Rudi Qarsiyanı istefaya göndərdiyini yaxın vaxtlarda açıqlayacaq klub bu vəzifədə portuqaliyalı mütəxəssisi kimi görmək istəyir.

"Əl-Nəsr" Mourinyoya 2 illik müqavilə təklif edib. O, Səudiyyə klubuna rəhbərlik etsə, 2 ilə 100 milyon avro ilə (illik 50 milyon avro) dünyanın ən çox maaş alan məşqçisi olacaq.

Qeyd edək ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo oynayır.

Banner