“Əl-Sədd”dən "Barselona”ya yeni şərt
"Əl-Sədd" (Qətər) baş məşqçisi Xavinin "Barselona"nı çalışdırması üçün Kataloniya klubu ilə danışıqlarda güzəştə getməkdən imtina edib.
Sportline.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. "Əl-Səddin" belə qərara gəlməsinə səbəb "Barselona"nın prezidenti Joan Laportanın Qətərin paytaxtı Dohaya getməməsi olub. Laporta Dohaya vitse-prezident Rafa Yuste və idman direktoru Mateu Alemani yollayacaq.
La Liqa təmsilçisi Xavinin "Əl-Sədd"lə sözləşməsinə son verməsi üçün qarşı tərəfə 1 milyon avro ödəməli idi. Lakin "Əl-Sədd" danışıqlarda güzəştə getməkdən imtina edib. Klub rəsmi təklifin şəxsən Joan Laporta tərəfindən olunmasını tələb edir.
Qeyd edək ki, Xavinin "Əl-Sədd"lə sözləşməsi 2023-cü ilə qədərdir.