Əliyar Ağayev Konfrans Liqasında

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb. 

Sportline.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən oyun martın 9-da Moldovada keçiriləcək.

Banner