Əliyar Ağayev yenidən Yunanıstan çempionatında
FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Sportline.az xəbər verir ki, 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən,“Panatinaikos” və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda ədaləti qoruyacaq.
Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək.
Qeyd edək ki, mayın 1-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.