Əliyar Ağayevdan 5 sarı vərəqə
Azərbaycanlı hakim Əliyar Ağayev Konfranslar Liqasının qrup mərhələsinin 3-cü turunun “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) oyununu idarə edib.
Sportline.az xəbər verir ki, Çexiyada keçirilən görüş heç-heçə başa çatıb - 2:2. Ə.Ağayev sözügedən matçda "Yablonets"in 3, "Randers"in 2 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.