Əliyar Ağayevdən 6 sarı vərəqə
Azərbaycan FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyun idarə edib.
Sportline.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində keçirilən "Şerif" (Moldova) - "Nitsa" (Fransa) görüşünün baş hakimi olub. Sözügedən qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ə.Ağayev komandalarının hər birinin 3 futbolçusuna sarı vərəqə (ümumilikdə 6 sarı vərəqə) göstərib.
"Şerif" - "Nitsa" - 0:1
Qol: Amraoui, 45+3
Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.