Əliyeva bürünc medal qazanc medal qazana bilər
İtaliyanın paytaxt Romada davam edən Avropa çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçilərindən 3-ü mübarizəni dayandırıb.
Sportline.az xəbər verir ki, yalnız 76 kq çəki dərəcəsində yarışan Sabirə Əliyeva bürünc medal şansını saxlayır. İdmançının 1/4 finalda uduzduğu rusiyalı rəqibi Yekaterina Bukina finala vəsiqə qazandığından o, bürünc medal uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha öncə Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. 82 kq-dakı Rafiq Hüseynov isə finala yüksəlib. Hüseynov bu gün qızıl medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə üz-üzə gələcək. Murad Bazarov (60 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar. Onlar müvafiq olaraq Haleri Haegisalu (Estoniya) və Adam Kurakla (Rusiya) üz-üzə gələcəklər.