Elmar Qasımov da medalsız qaldı

Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaponiyalı Aaron Volfla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Qasımov 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.