Elnur Kələntərov efirə qayıtdı

Yaxın keçmişin tanınmış idman jurnalisti Elnur Kələntərov yenidən teleməkanda. SportLine.az xəbər verir ki, istedadlı aparıcı efirə ictimai-siyasi mövzularla qayıdıb. O, dövlət televiziyasında efirə gedən “Günün nəbzi” verilişində fəaliyyət göstərəcək.

Xatırladaq ki, Elnur Kələntərov 1997-2004-cü illərdə “Space” televiziyasında yayımlanan  məşhur “Sport Line” proqramının aparıcısı olub. Həmkarımıza yeni işində uğurlar arzulayırıq!