Elxan Məmmədovun Oğuz səfəri

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ölkəmizin Şimal-Qərb regionuna səfəri çərçivəsində Oğuz rayonunda olub.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futboçularla görüşən E.Məmmədov AFFA adından uşaqlara top və formalar təqdim edib. Görüş zamanı icraçı vitse-prezident növbəti həftə start götürəcək aşağı yaş qrupu üzrə liqalarda çıxış edəcək oyunçulara uğurlar arzulayıb.