Elxan Məmmədovun Siyəzən səfəri
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Siyəzən rayonuna səfərə gedib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırda "Səbail" klubunda çıxış edən Rahid Əmirquliyev və Kamran Ağayevin də iştirak etdiyi səfər çərçivəsində Siyəzəndə təşkil olunan liqalarda iştirak edən aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib. İcraçı vitse-prezident və futbolçular uşaqlarla söhbətləşib, onlara uğurlar arzulayıb.
Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, Elxan Məmmədov, Rahid Əmirquliyev və Kamran Ağayevin iştirakı ilə simvolik oyun keçirilib.