Emeri Avropa Liqasında yeni rekorda imza atdı

İspaniyanın "Vilyarreal" komandasının baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.

"Vilyarreal" 1/4 final mərhələsində Xorvatoyanın "Dinamo" (Zaqreb) klubunu iki görüşdə məğlub edib - 1:0; 2:1.

Emeri daha əvvəl İngiltərə "Arsenal"ı və İspaniya "Valensiya"sı ilə yarımfinala adlayıb.

İspaniyalı baş məşqçi 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində İspaniyanın "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olub.